Şuşa şəhərinə ilk köçün vaxtı açıqlanıb

Şuşa şəhərinə ilk köçün vaxtı açıqlanıb

Bakı. TurkicWorld:

Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərindən sonra ilk köçün vaxtı məlum olub.

TurkicWorld xəbər verir ki, keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olarkən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verərkən bildirib.

Qeyd edək ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.