Füzulidə iki nəfər minaya düşdü

Füzulidə iki nəfər minaya düşdü

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

ANAMA-dan TurkicWorld-ə verilən məlumatda bildirilib ki, ilkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Familİlyas oğlu həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır!