Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır

Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır. TurkicWorld-un məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib. O bildirib ki, bu görüşün baş tutması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müəyyən cizgilər əldə etdiyinin işarəsi ola bilər.