ABŞ-ın Qafqaz üzrə baş müşaviri İrəvana səfər edəcək

ABŞ-ın Qafqaz üzrə baş müşaviri İrəvana səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə İrəvana səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.

Qeyd edilib ki, ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır.