Ermənilər Laçın sərhəd buraxılış məntəqəsində təxribat planlaşdırır - DSX

Ermənilər Laçın sərhəd buraxılış məntəqəsində təxribat planlaşdırır - DSX

Bakı. TurkicWorld:

Ermənilər Laçın sərhəd buraxılış məntəqəsində təxribat planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti xəbərdarlıq yayımlayıb.

"Əldə edilmiş məlumata əsasən Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq." - deyə DSX bildirib.

Məlumatda qeyd olunur ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir.

Hafiz Rufizoğlu