İqtisadiyyat naziri BMT-nin Azərbaycan üzrə nümayəndəsilə görüşüb

İqtisadiyyat naziri BMT-nin Azərbaycan üzrə nümayəndəsilə görüşüb

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bununla bağlı Mikayıl Cabbarov özünün tviter səhifəsində paylaşım edib.

O, deyib: “BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə təşkilatla ölkəmiz arasında səmərəli əməkdaşlıq, Baş Assambleyanın 78-ci sessiyasında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti, (Global Goals UN) və 3-cü DİM Dialoqunun keçirilməsinə dair fikir mübadiləsi apardıq”.