Azərbaycan XİN-in rəhbər heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan XİN-in rəhbər heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.

TurkicWorld xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, güllər düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər qoyulub.

Daha sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.