Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın vəsatətini rədd etməsini alqışlayır -XİN

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın vəsatətini rədd etməsini alqışlayır -XİN

Bakı. TurkicWorld:

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır.

TurkicWorld-in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov tvitter hesabında qeyd edib.

"Azərbaycan bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın məhkəmənin 22 fevral 2022-ci il tarixli qərara düzəliş edilməsi ilə bağlı vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır. Bu məhkəmə tərəfindən yekdil qərar idi", - deyı E.Məmmədov bildirib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın keçid məntəqəsinin guya "qanunsuz olması" və "bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması" tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.