İran Suriyadakı SEPAH komandirlərini təxliyyə edir

İran Suriyadakı SEPAH komandirlərini təxliyyə edir

Bakı. TurkicWorld:

İran İsrail hücum ehtimalına görə Hizbullah və SEPAH komandirlərini Suriyadan təxliyə edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Suriya və İran rəsmiləri bildirib.

İran rəsmilərinə əsaslanan xəbərlərdə İranın hava qüvvələrini mümkün hücumlara hazırladığı və donanmasının Qırmızı dənizdə İran ticarət gəmilərini müşayiət etməyə başladığı bildirilib.

İsrail İranın hücumuna cavab verəcəyini təsdiqləsə də, 'necə olacağına qərar verilmədiyini' bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu əks-hücum ideyasına toxunaraq, “İsrailin özünü müdafiə etmək hüququ var” deyib.

Hafiz Rufizoğlu