Türkiyə Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyir

Türkiyə Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyir

Bakı. TurkicWorld:

Türkiyə Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri açıqlayıb.

Məlumata əsasən, BMT TŞ-nin müvəqqəti üzvü Əlcəzairin 18 aprel tarixində keçiriləcək iclasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə dair qətnamə layihəsini təqdim edəcək və təsdiq prosesini başladacaq.

"Türkiyə olaraq hər zaman bu məsələnin ən güclü dəstəkçilərindən biri olmuşuq. 2012-ci ildə Baş Assambleyanın qərarı ilə Fələstinin "müşahidəçi üzv" statusu almasına öncülük etmişik. Bütün görüşlərimizdə Fələstinin tanınmasına dəstək istəyirik", - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01