İsrail həbsxanalarında olan fələstinlilərin sayı 9 min 500-ü ötüb

İsrail həbsxanalarında olan fələstinlilərin sayı 9 min 500-ü ötüb

Bakı. TurkicWorld:

İsrail həbsxanalarında olan fələstinlilərin sayı 9 min 500-ü ötüb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azadlığa Çıxan Nümayəndə heyəti birgə bəyanat verib.

İsrailin Megiddo, Ofer və Damon həbsxanalarındakı fələstinlilərin sayı 80-i qadın və 200-dən çoxu uşaq olmaqla 9min 500-ü keçib.

Qeyd edilib ki, bu rəqəmlərə Qəzza zolağında saxlanılan fələstinlilər daxil deyil.

Bildirilib ki, aprel ayına olan məlumata görə, 22 qadın və 40-dan çox uşaq olmaqla, inzibati həbs edilənlərin sayı 3 min 660 nəfəri keçib.

Qeyd edək ki, saxlanılan jurnalistlərin sayı 4-ü qadın olmaqla 56-ya çatıb.

Hafiz Rufizoğlu