Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başlayacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başlayacaq

Bakı. TurkicWorld:

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi bu il başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov aqrosənaye forumunda bildirib.

Onun sözlərinə görə, dəmir yolunun tikintisi 8 milyard dollar olaraq dəyərləndirilir, lakin bu ilkin məbləğdir.

Dəmir yolunun tikintisinə başlamaq üçün bütün prosedurlar yekunlaşıb. Tikintinin bu il başlayacağı gözlənilir.

Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması yenilənməkdədir.

Qeyd edək ki, üç ölkə arasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikinti layihəsi üzrə saziş 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində imzalanıb.

Layihənin reallaşdırılması Cənub dəhlizi vasitəsilə Çindən Avropaya və Fars körfəzi ölkələrinə yük daşımalarının coğrafiyasını genişləndirmək üçün əsas rolunu oynayacaq.