Suriyada terror aktı baş verib

Suriyada terror aktı baş verib

Bakı. TurkicWorld:

Suriyanın şimalındakı Azez rayonunda terror aktı baş verib.

TurkicWorld xəbər verir ki, terror aktı nəticəsində dörd mülki şəxs ölüb, 20 mülki şəxs yaralanıb.

Kilislə üzbəüz, müxalifətin nəzarətində olan Azezdə hərəkətli küçədə avtomobilə yerləşdirilən bomba partladılıb.

Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib, yaralılar Azez xəstəxanasına aparılıb. Yerli təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparıb və hücumla bağlı araşdırmalara başlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hafiz Rufizoğlu