Böyük Britaniyada Qəzza araşdırması: İsrail soyqırım kampaniyası həyata keçirir

Böyük Britaniyada Qəzza araşdırması: İsrail soyqırım kampaniyası həyata keçirir

Bakı, TurkicWorld:

İsrail Qəzzada “hərbi soyqırım kampaniyası” həyata keçirir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən müstəqil araşdırma qrupu “Forensic Architecture” məlumat verib.

Məlumatda bildirilib ki, Qəzzada mülki şəxslərin müdafiəsi üçün humanitar tədbirlər yoxdur.

“Forensic Architecture” İsrail qüvvələrinin “təhlükəsiz” adlandırdıqları ərazilərə köçən fələstinliləri birbaşa bombaladığını göstərən məlumatları da paylaşıb.

Qeyd edilib ki, təhlükəsiz ərazilərin, xəstəxanaların, mülki infrastrukturların, məktəblərin və sığınacaqların birbaşa hədəfə alınması soyqırım və müharibə cinayətləridir.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.