Humanitar yardımla bağlı fikir mübadiləsi aparmaq üçün İsraillə görüş keçirilməlidir

Humanitar yardımla bağlı fikir mübadiləsi aparmaq üçün İsraillə görüş keçirilməlidir

Bakı. TurkicWorld:

Humanitar yardımla bağlı fikir mübadiləsi aparmaq üçün İsraillə görüş keçirilməlidir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.

O, Avropa İttifaqının (Aİ) fələstinlilərə qarşı zorakılıq aktları törətmiş işğalçı yəhudi mülki şəxslərə fərdi sanksiyalar tətbiq etməsinə dair razılaşmasını “vacib, lakin gecikmiş qərar” kimi şərh edib.

"Biz bir ay əvvəl qeyri-qanuni yəhudi məskunlaşanlara qarşı fərdi sanksiyalarla bağlı qərar qəbul etmək istərdik, lakin o vaxt razılıq əldə olunmadı. İndi masa arxasında razılıq əldə olunub. Başqa ölkələr yavaş da olsa, bizim mövqeyimizə yaxınlaşır.” – deyə nazir qeyd edib.

Albares, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında qida ehtiyacının həyati əhəmiyyət daşıdığını, İspaniyanın havadan yardımı davam etdirəcəyini, lakin qurudan yardım çatdırılmasına icazə verilməli olduğunu vurğulayıb.

“Biz humanitar yardımın çatdırılmasını, girovların qeyd-şərtsiz azad edilməsini və yardımın maneəsiz çatdırılmasını təmin etmək üçün dərhal atəşkəs çağırışımızı təzələyirik” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu