Suriyada siyasi həll yolu görünmür-BMT rəsmisi

Suriyada siyasi həll yolu görünmür-BMT rəsmisi

Bakı, TurkicWorld

Suriyada siyasi həll yolu görünmür, TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen deyib.

O qeyd edib ki, hal hazırda Suriyada16,7 milyon insanın humanitar yardıma ehtiyacı var ki, bu, münaqişə başlayandan bəri ən böyük rəqəmdir.

“Qonşu ölkələrdə beş milyondan çox qaçqın və Suriya daxilində yeddi milyondan çox məcburi köçkün var”-deyə o bildirib.

O, münaqişənin bütün tərəflərini zorakılıqları dərhal dayandırmağa və mülki əhalinin və mülki infrastrukturun qorunması ilə bağlı beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, hərtərəfli ümummilli atəşkəsə nail olmağa və terrorla mübarizədə əməkdaşlıq etməyə çağırıb.

O, həmçinin münaqişənin bütün tərəflərinə müraciət edərək, məhkəməsiz həbsdə olan bütün şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.

“Biz sülhə üstünlük verməliyik. Suriya xalqı bundan daha yaxşısına layiqdir”,- deyə o əlavə edib.