Mövcud vəziyyət davam etdikcə İsrailə silah satılmayacaq - İspaniya XİN

Mövcud vəziyyət davam etdikcə İsrailə silah satılmayacaq - İspaniya XİN

Bakı. TurkicWorld:

Mövcud vəziyyət davam etdikcə İsrailə silah satılmayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı binasındakı mətbuat konfransında deyib.

O qeyd edib ki, İspaniya 7 oktyabr 2023-cü ildən İsrailə silah satışını dayandırıb.

Albares, İspaniyanın Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına (UNRWA) 3,5 milyon avro maliyyə yardımı edəcəyini açıqladığını bildirib.

O vurğulayıb ki, onlar bunun qısa müddətdə necə artırıla biləcəyinə baxırlar.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Hafiz Rufizoğlu