Yaponiya Qəzzaya 32 milyon dollar dəyərində humanitar yardım göndərəcək

Yaponiya Qəzzaya 32 milyon dollar dəyərində humanitar yardım göndərəcək

Bakı. TurkicWorld:

Yaponiya Qəzza zolağına əlavə olaraq 32 milyon dollar dəyərində humanitar yardım göndərəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya Xarici işlər naziri Kamikava Yoko Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında çıxışı zamanı deyib.

Kamikava, İsrailin işğalı və hücumları altında "kritik" olaraq xarakterizə etdiyi Qəzza zolağındakı humanitar vəziyyətdən "ciddi narahat olduğunu" bildirib.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 195 nəfərə çatıb.

X: Lamanasadli01