Prioritetimiz Qəzzada atəşkəsin təmin edilməsidir

Prioritetimiz Qəzzada atəşkəsin təmin edilməsidir

Bakı. TurkicWorld:

Prioritetimiz Qəzzada atəşkəsin təmin edilməsidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

“Bizim prioritetimiz Qəzzada atəşkəsin təmin edilməsidir. Fələstin dövlətinin tanınması Fransa üçün tabu deyil.” - deyə o qeyd edib.

Xatırladaq ki, 10 martdan - Ramazan ayının birinci günündən etibarən İsrail-HƏMAS arasında atəşkəs elan olunacaq. Atəşkəs müddətində əsir mübadiləsi baş tutacaq, eləcə də İsrail əsirlikdə olan fələstinliləri azad edəcək.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 663 nəfərə çatıb.

Hafiz Rufizoğlu