Münaqişə başlayandan İsrailə heç bir hərbi texnika satılmayıb - İspaniya

Münaqişə başlayandan İsrailə heç bir hərbi texnika satılmayıb - İspaniya

Bakı. TurkicWorld:

Münaqişə başlayandan İsrailə heç bir hərbi texnika satılmayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə İspaniya hökumətinin sözçüsü Pilar Alegria deyib.

bildirib ki, İspaniya Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri İsrailə heç bir hərbi texnika satmayıb.

O, dünən İspaniya mətbuatında yer alan və reaksiyalara səbəb olan, Palensiya şəhərindəki ispan şirkətinin noyabr ayında İsrailə 987 milyon avro dəyərində hərbi sursat satdığı iddiasını təkzib edib.

Aleqria bəyan edib ki, İspaniya hökuməti İsrailə silah və hərbi texnika satışını dayandırmaqda çox diqqətlidir.

Xatırladaq ki, dünyada sülhlə bağlı beynəlxalq araşdırmalar aparan müstəqil bir qurum olan Centro Delas, Comex xarici ticarət saytındakı məlumatlara görə, dünən bir ispan şirkətinin 2023-cü ilin noyabr ayında İsrailə 987 min avroya hərbi sursat satdığını açıqlayıb.

“2023-cü il oktyabrın 7-dən İsrailə heç bir silah satışı əməliyyatına icazə verilməyib”. -deyə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

Hafiz Rufizoğlu