İsrailə silah ixracını dayandırmışıq – İspaniya XİN rəhbəri

İsrailə silah ixracını dayandırmışıq – İspaniya XİN rəhbəri

Bakı. TurkicWorld:

Biz Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik və İsrailə silah ixracını dayandırmışıq.

TurkicWorld xəbər verir ki, bunu İspaniya XİN rəhbəri Xose Manuel Albares deyib.

O qeyd edib ki , İspaniya Fələstin dövlətinin yaradılması üçün sülh konfransı keçirməyə çağırır.

“Beynəlxalq sülh konfransı çağırışını iki dövlətli həll yolu ilə əsaslandırırıq”-deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu