İspaniya UNRWA-ya 3,5 milyon avro maliyyə ayıracaq – İspaniya XİN

İspaniya UNRWA-ya 3,5 milyon avro maliyyə ayıracaq – İspaniya XİN

Bakı. TurkicWorld:

İspaniya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 3,5 milyon avro maliyyə ayıracaq.

TurkicWorld-un məlumatına görə, bu barədə İspaniya xarici işlər naziri Jose Manuel Albares deyib.

Parlamentin Beynəlxalq İnkişaf Əməkdaşlıq Komitəsində çıxışı zamanı Albares UNRWA-nın İspaniya üçün “vacib bir təşkilat” olduğunu vurğulayıb.

Albares, keçən həftə UNRWA-nın komissarı General Philippe Lazzarini ilə görüşdüyünü və ona 3,5 milyon avro fövqəladə maliyyə yardımı veriləcəyini bildirib.

“Qəzzada vəziyyət olduqca çıxılmazdır və maliyyə çatışmazlığı səbəbindən UNRWA-nın oradakı fəaliyyətinin bir neçə həftə ərzində dayandırılması riski var” - deyə nazir qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu