Benyamin Netanyahu ağlını itirib – İspaniya Baş naziri

Benyamin Netanyahu ağlını itirib – İspaniya Baş naziri

Bakı. TurkicWorld:

Benyamin Netanyahu ağlını itirib.

TurkicWorld-un məlumatına görə, bu barədə İspaniya Baş naziri Pedro Sançez deyib.

“Qəzzada dağıntılara baxanda deyə bilərəm ki, İsrailin baş naziri Benyamin Netanyahu ağlını itirib.” - deyə baş nazir bildirib.

O qeyd edib ki, bu dövrdə İspaniyanın Fələstini dövlət kimi tanıması məsələsinə baxılacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu