İspaniya İsrailin mühakimə olunmasına könüllü dəstək olacaq

İspaniya İsrailin mühakimə olunmasına könüllü dəstək olacaq

Bakı. TurkicWorld:

İspaniya İsrailin Soyqırım Konvensiyası ilə mühakimə olunması üçün Beynəlxalq Ədalət Məhkəməsinə könüllü dəstək olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə İspaniya Nazirlər Şurası qərar qəbul edib.

Məlumata əsasən, İspaniya Beynəlxalq Ədalət Məhkəməsinin Prokurorluğunun Etimad Fonduna 500 min avro köçürəcək.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

X: Lamanasadli01