Madriddə Fələstinə dəstək nümayişi keçirilib

Madriddə Fələstinə dəstək nümayişi keçirilib

Bakı. TurkicWorld:

İspaniyanın paytaxtı Madriddə Fələstinə dəstək yürüşü keçirib.

TurkicWorld-un məlumatına görə, minlərlə insan beynəlxalq ictimaiyyəti "dərhal və daimi atəşkəs üçün İsrailə təzyiq göstərməyə" çağırıb.

Dəstək nümayişi "Madrid Fələstin və Unitar Assambleyası" adlı təşkilatın çağırışı ilə təşkil olunub.

Cəmi 187 dərnək və təşkilatın dəstəklədiyi nümayişə İspaniyanın Avila, Barselona, Sevilla, Valyadolid, Leon, Bilbao və Burqos kimi 20 şəhərindən minlərlə insan Madridə gəlib.

Şəhərin mərkəzində “Hər zaman Fələstin müqaviməti ilə” başlığı ilə keçirilən yürüşdə əllərində Fələstin bayraqları daşıyan ispanlar “İsraili boykot edin”, “Bu, müharibə deyil, soyqırımdır”, “Qatil Netanyahu”, “Azad Fələstin”, "Ədalət", "İsrail vurur" ", ABŞ və AB sponsorluq edir" şüarları səsləndirib.

Onlar İsrail dövlətinin Fələstin xalqına qarşı soyqırımına son qoyulması, Qəzzaya tətbiq edilən embarqoların aradan qaldırılması, İsraillə silah ticarətinin dayandırılması və bu ölkəyə iqtisadi sanksiyaların tətbiqi tələb edilib.

Bundan əlavə, İspaniya hökumətindən İsraillə bütün siyasi, diplomatik, iqtisadi, mədəni və idman əlaqələrini kəsmək istənilib.

Yürüşdə Podemos partiyasının lideri İone Belarra da daxil olmaqla, İspaniyanın solçu partiyalarından bəzi deputatlar da iştirak edib.

Hafiz Rufizoğlu