Co Bayden yeni İraq səfiri namizədini açıqlayıb

Co Bayden yeni İraq səfiri namizədini açıqlayıb

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden ABŞ-ın İraqdakı səfiri vəzifəsinə Tracey Enn Jacobsonun namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Ağ Ev bəyanat yayıb.

Bu addım Bağdadın beynəlxalq koalisiyanın İraqdan çıxarılması istiqamətində vaxt cədvəli yaratmaq üçün Vaşinqtonla razılaşdıqdan sonra atılıb.

İraq Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, İraq və ABŞ İŞİD-in yaratdığı təhlükəni qiymətləndirmək və İraqda İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyanın müşavirlərinin mərhələli şəkildə geri çəkilməsi üçün Ali Hərbi Komitənin yaradılması barədə razılığa gəliblər.

Tracey Enn Jacobson ABŞ-ın Türkmənistan , Tacikistan , Kosovo və Efiopiyadakı keçmiş səfiri olub.

O, 2017-ci ilin yanvar ayından 2017-ci ilin oktyabr ayına qədər Dövlət Katibinin Beynəlxalq Təşkilat Məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

2021-ci ildə Dövlət Departamentinin Əfqanıstan üzrə İşlər Direktoru kimi aktiv vəzifəsinə qayıdıb.

Hafiz Rufizoğlu