İraq öz maraqlarını İraqda diktə edir – Rufiz Hafizoğlu

İraq öz maraqlarını İraqda diktə edir – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

İraq öz maraqlarını İraqda diktə edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

O qeyd edib ki, İraqdan ABŞ qoşunlarının çıxarılması, onların hərbi bazalarına olan davamlı hücumların nəticəsi deyil.

“Səddam dönəmindən sonra İraqda keçirilən seçkilərdə İrana meyilli qüvvələr hakimiyyətə gəldi”,- deyə o bildirib.

Politoloq qeyd edib ki, bu gün isə baş nazir, Muhamməd Şiə əs Sudani məzhəb baxımından İrana çox bağlıdır.

“Bu baxımdan burada İraqın daxili stabilliyi məsələsini yox, İranın maraqlarını nəzərə alınır. Yəni əsas diktə edən fiqur İrandır”,- deyə o vurğulayıb.