Lui Bono Ermənistana səfər edib

Lui Bono Ermənistana səfər edib

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.

TurkicWorld xəbər verir ki, Lui Bono İrəvanda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Qriqoryanın sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, regionda sülh və sabitlik məsələləri müzakirə edilib.

Qeyd edək ki, Lui Bono bir qədər əvvəl də Ermənistana səfər edib və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Xatırladaq ki, 9 oktyabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.