"Real Madrid" klubu Arda Gülerlə müqavilə imzalayıb

"Real Madrid" klubu Arda Gülerlə müqavilə imzalayıb

Bakı. TurkicWorld:

İspaniyanın "Real Madrid" klubu Türkiyə millisinin gənc və istedadlı futbolçusu Arda Gülerlə müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, Madrid təmsilçisi 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə bağlayıb. Türkiyəli oyunçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə İstanbulun "Fənərbağça" klubundan transfer olunub.

Mövzuya görə xəbərlər

Arda Güler kimdir?

Arda Güler kimdir?