İşğaldan azad edilmiş ərazilərin 68,9 min hektardan yuxarı sahəsi minalardan təmizlənib - ANAMA

İşğaldan azad edilmiş ərazilərin 68,9 min hektardan yuxarı sahəsi minalardan təmizlənib - ANAMA

Füzuli. TurkicWorld:

Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68,9 min hektardan yuxarı sahə minalardan təmizlənib.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) şöbə müdiri İdris İsmayılov Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin Daşaltı kəndindəki mədəni, tarixi və dini abidələrə baxış məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, bu il avtomobil yollarının tikintisinin aparıldığı və ya aparılacağı 77 hektar ərazinin minadan təmizlənəcəyi gözlənilir.

"Bütünlükdə, 82,7 min partlamamış hərbi sursat və mina aşkarlanıb. Minalardan təmizlənmiş ərazilərin 8,1 faizi və ya 5,6 min hektar nəqliyyat və İT infrastrukturunun inşa edilməkdə olduğu ərazilərin payına düşür. Bundan başqa, təmizlənmiş ərazilərin 1,070 hektarı Qarabağda inşa olunan dəmir yolu boyu uzanır. Bərdə-Ağdam və Füzuli-Zəngilan-Ağdam dəmir yolu sahəsi minalardan tamamilə təmizlənib", - o deyib.

İsmayılov, həmçinin, 2023-cü ilin sonlarınadək 820 min hektardan yuxarı sahənin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin planlaşdırıldığını qeyd edib.