“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri ilə edilən paylaşımlar trendlər arasında

BAKI, TurkicWorld

Avqustun 8-də Ağ Evdə ABŞ və Azərbaycan dövlət başçılarının görüşü zamanı "X" sosial şəbəkəsində "Azerbaijan" və "Ilham Aliyev" həştəqləri ilə çoxsaylı paylaşımlar edilib.

TurkicWorld xəbər verir ki, həştəqlər bəzi ölkələrdə trendlər arasında olub.

Həmçinin, "Azerbaijan" adı altında edilən paylaşımlar sosial mediada dünya miqyasında xəbər kateqoriyası üzrə ikinci yerə yüksəlib.