Aktau-Bakı-Aktau aviareysinin açılması Azərbaycan və Qazaxıstan arasında əlaqələri gücləndirəcək - Səfir

Aktau-Bakı-Aktau aviareysinin açılması Azərbaycan və Qazaxıstan arasında əlaqələri gücləndirəcək - Səfir

Bakı. TurkicWorld:

Aktau - Bakı - Aktau marşrutu üzrə reysin açılması Azərbaycan və Qazaxıstan arasında əlaqələrin gücləndirilməsinə imkan verəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov Aktaudan Bakıya ilk "FlyArystan" reysinin açılmasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, həmçinin turizmin, işgüzar əlaqələrin genişlənməsinə, yaxınlaşmasına və mədəni zənginləşməsinə töhfə verəcək:

"İş adamlarımız bir-birinə daha tez-tez uça biləcəklər ki, bu da iqtisadi əlaqələrimizi gücləndirəcək, həmçinin nvestisiya layihələrinin həyata keçirilməsini stimullaşdıracaq".

Səfir vurğulayıb ki, Qazaxıstana uçuşların artırılması Azərbaycan və Qazaxıstandan olan sərnişinlər üçün uçuşların qiymətini aşağı salacaq.

O qeyd edib ki, 2022-ci ildə ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir.