Avropa İttifaqı Ukraynaya silah tədarükünün maliyyə hissəsinə dair razılığa gəlib

Avropa İttifaqı Ukraynaya silah tədarükünün maliyyə hissəsinə dair razılığa gəlib

Avropa İttifaqı Şurası Aİ-yə üzv 27 ölkənin xarici işlər nazirləri səviyyəsində Ukraynanı öldürücü silahlarla təmin etmək qərarının maliyyə hissəsini razılaşdırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının videokonfrans formatında üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində iclasından sonra deyib.

Onun sözlərinə görə, Ukraynaya 450 milyon avro dəyərində dəstək paketi, yanacaq və qoruyucu vasitələrin tədarükü üçün daha 50 milyon ayrılacaq.

Aİ-nin ali nümayəndəsi bildirib ki, bütün bunlar Avropa Sülh Fondu və Hökumətlərarası Fond tərəfindən qarşılanacaq.