ANAMA yeni əməliyyat qrupları formalaşdırır - Sədr müavini

ANAMA yeni əməliyyat qrupları formalaşdırır - Sədr müavini

ANAMA-nın maddi texniki bazası daim genişlənir və inkişaf etdirilir. Əlavə əməkdaşlar işə götürülür, təlimlər keçirilir və yeni əməliyyat qrupları formalaşdırılır.

Bunu TurkicWorld-un sualına cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov deyib.

O qeyd edib ki, ANAMA tərəfindən minatəmizləmə əməliyyatlarında yeni texnologiyalar tətbiq olunur.

“Bu istiqamətdə mütəmadi olaraq tərəfimizdən tədbirlər görülür. Belə ki, ərazilərdə minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyalar tətbiq edilir. Əlavə olaraq ən müasir mexaniki minatəmizləmə maşınları, müasir mina detektorları, dərinliyi yoxlaya biləcək avadanlıqlar tərəfimizdən alınır.
Əməliyyat qruplarımız bu avadanlıqlarla təchiz olunurlar. Əlavə əməkdaşlar işə götürülür, təlimlər keçirilir və yeni əməliyyat qrupları formalaşdırılır. Bizim təlim bazamızda öz mütəxəssislərimiz beynəlxalq standartlara uyğun təlimlər həyata keçirirlər”, - deyə S.Poladov vurğulayıb.