Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb

Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb

2021-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə TurkicWorld Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 59,2 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 49 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 13 171 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 29,9 faiz çoxdur.