“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununda dəyişiklik edilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununda dəyişiklik edilib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

TurkicWorld xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580 (Cild I) 6.2.1-ci maddəsindən ", geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri" sözləri çıxarılsın.