Azərbaycan və “ACWA Power Azerbaijan Renewable Energy” şirkəti arasında müqavilə təsdiq edildi

Azərbaycan və “ACWA Power Azerbaijan Renewable Energy” şirkəti arasında müqavilə təsdiq edildi

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi"nin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncama əsasən, 2024-cü il 29 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi" təsdiq edilib.