Qazaxıstan və Aİ viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqları davam etdirir

Qazaxıstan və Aİ viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqları davam etdirir

Bakı. TurkicWorld:

Qazaxıstan Xarici İşlər Nazirinin müavini Alibek Batayev və Avropa İttifaqının Qazaxıstandakı səfiri Kestutis Yankauskas konsulluq sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Astanada görüşüb.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər Qazaxıstan vətəndaşları üçün viza müraciəti prosesinin sadələşdirilməsi üzrə məsləhətləşmələrin ikinci raundunun keçirilməsini müzakirə edib.

Viza rejiminin sadələşdirilməsi viza müraciəti üçün sənədlərin vahid siyahısının tətbiqi, konsulluq rüsumlarının azaldılması, viza müraciətinə baxılma müddətinin azaldılması və vizanın etibarlılıq müddətinin artırılması məqsədi daşıyır.

Danışıqlardan sonra tərəflər konsulluq sahəsində Qazaxıstan-Avropa İttifaqı dostluq əlaqələrinin daha da gücləndirilməsi barədə razılığa gəliblər.

X: Lamanasadli01