Azərbaycanda alternativ enerji üzrə informasiya sistemi yaradılacaq

Azərbaycanda alternativ enerji üzrə informasiya sistemi yaradılacaq

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Energetika Nazirliyi "Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü-müşahidə işlərinin təşkil edilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" keçirilən təkliflər sorğusuna dəvət edir

TurkicWorld şənbə günü xəbər verir ki, elan rəsmi mətbuatda dərc olunub.

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlarına və təcrübəyə malik olmalıdırlar.

İddiaçıların təklifləri 23 noyabr 2023-cü il Bakı vaxtı ilə saat 12:00-dək qəbul ediləcək. Təkliflər 24 noyabr 2023-cü il tarixində Bakı vaxtı ilə saat 12:00-da açılacaq.

Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova
Əlaqə nömrəsi: +(99412) 598 16 53/54 (daxili 1034)
E-mail: leyla.adigozelbeyova@minenergy.gov.az

Azərbaycan Respublikasının Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında bərpa olunan enerji mənbələrindən, o cümlədən su elektrik stansiyalarından (SES) elektrik enerjisi hasilatı 1,684 milyard kilovatt-saatı keçib.

Hesabat dövründə SES-lər tərəfindən 1,417 milyard kilovatt-saat, külək elektrik stansiyaları (KES) tərəfindən 44,6 milyon kilovatt-saat, günəş elektrik stansiyaları (GES) tərəfindən 53,2 milyon kilovatt-saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 169,2 milyon kilovatt-saat elektrik enerjisi hasil olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda ümumi elektrik enerjisi istehsalında BEM sektorunun payı 7,81 faiz olub.