Türkiyə Azərbaycanda bioloji preparat istehsalına investisiya qoyacaq

Türkiyə Azərbaycanda bioloji preparat istehsalına investisiya qoyacaq

Bakı. TurkicWorld:

"Azərbaycan İnvestisiya Şirkəti" ASC Türkiyənin "Vetal Hayvan Sağlığı Ürünləri" Anonim Şirkəti ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.

TurkicWorld xəbər xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, layihənin əsas hədəfləri Azərbaycanda müasir tələblərə uyğun bioloji preparat və peyvənd istehsalı, idxaldan asılılığının azaldılması, mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, xarici təcrübənin tətbiqi və yerli mütəxəssislərin hazırlanmasıdır.