BVF qlobal ÜDM artımı proqnozunu azaldıb

BVF qlobal ÜDM artımı proqnozunu azaldıb

Bakı. TurkicWorld:

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu 2023-cü ildə 2,8%-ə, 2024-cü ildə isə 3%-ə endirib.

TurkicWorld xəbər verir ki, bu barədə BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.

"Ən son proqnozlarımıza görə, qlobal iqtisadiyyat-ın artımı bu il 2,8 faizə enəcək, 2024-cü ildə isə bir qədər artaraq 3 faizə yüksələcək", - deyə hesabatda bildirilir.

Bildirilir ki, bu il qlobal ÜDM artımının yanvar ayı proqnozu 0,1 faiz bəndi azaldılıb. Gələn il bu göstəricinin artması ilə bağlı proqnoz da 0,1 faiz bəndi azaldılıb.

"Qlobal inflyasiya 2022-ci ildəki 8,7%-dən bu il 7%-ə və 2024-cü ildə 4,9%-ə qədər gözləniləndən daha yavaş olsa da, azalacaq", - deyə hesabatda qeyd edilir.