Yanvar-iyul aylaranında Türkiyədən İrana hazır geyim ixracını artırıb

Yanvar-iyul aylaranında Türkiyədən İrana hazır geyim ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında İrana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz artıraraq 10,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə İrana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1,57 dəfə artıraraq 1,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 12,4 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 21,5 milyard dollar məbləğində hazır geyim ixrac edib.