Türkiyədən Özbəkistana sement ixracının həcmi 70 faizdən çox artıb

Türkiyədən Özbəkistana sement ixracının həcmi 70 faizdən çox artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Özbəkistana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıraraq 11,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Özbəkistana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 104,5 faiz artıraraq 2,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 3,2 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 418,4 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.