Türkiyənin hazır geyim ixracı ötən ilə nəzərən artıb

Türkiyənin hazır geyim ixracı ötən ilə nəzərən artıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 12,4 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 21,5 milyard dollar məbləğində hazır geyim ixrac edib.