Bakıda iş adamlarının iştirakı ilə görüş keçiriləcək

Bakıda iş adamlarının iştirakı ilə görüş keçiriləcək

Bakı. TurkicWorld:

Bakıda “Brandup” Agentliyinin təşkilatçılığı və MÜSİAD Azərbaycanın dəstəyi ilə "Baku Branding Meetup" adı altında iş adamlarının görüşü keçiriləcək. Bu barədə "Brandup"-dan TurkicWorld-a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, iş adamlarının görüşü 25 iyun tarixində “FAIRMONT HOTEL”də keçiriləcək.

Qeyd olunur ki, ümumilikdə, iştirakçı sayı 150 nəfər nəzərdə tutulur ki, bunların da böyük əksəriyyəti iş adamları, şirkət rəhbərləri və marketinq direktorları olacaq.

Tədbirin əsas məqsədi ölkədə regional, qlobal səviyyədə brendlərin yaranmasının önəmi və yerli bazarda bu istiqamətdə atıla biləcək addımların müzakirəsidir.

Tədbirdə iştirak yalnız dəvətlədir.