Türkiyə yanvar-may ayları üçün Azərbaycana polad ixracını artırıb (ÖZƏL)

Türkiyə yanvar-may ayları üçün Azərbaycana polad ixracını artırıb (ÖZƏL)

Ankara. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz artıraraq 48 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 34,3 faiz artıraraq 10 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,9 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 24,8 milyard dollar məbləğində polad ixrac edib.