Yanvar-mart aylarında Türkiyənin Rusiyaya polad məhsulları ixracı 30 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-mart aylarında Türkiyənin Rusiyaya polad məhsulları ixracı 30 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Rusiya Federasiyasına polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 faiz azalaraq, 32,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Rusiya Federasiyasına 12,2 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 36,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 1,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

X: Lamanasadli01