Yanvar-mart aylarında Türkiyənin Çinə polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Yanvar-mart aylarında Türkiyənin Çinə polad məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Çinə polad məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 53,7 faiz azalaraq, 5,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Çinə 1,2 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 70,8 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 1,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

X: Lamanasadli01