Türkiyənin ticarət dövriyyəsi 50 milyarda dollara yaxınlaşıb (ÖZƏL)

Türkiyənin ticarət dövriyyəsi 50 milyarda dollara yaxınlaşıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48 milyard 935 milyon dollara çatıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin fevral ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,6 faiz artaraq 21 milyard 82 milyon dollar, idxalı isə 9,2 faiz azalaraq 27 milyard 853 milyon dollar olub.

“Bu ilin yanvar-fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 95 milyard 111 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 41 milyard 78 milyon dollara, idxalı isə 16 faiz azalaraq 54 milyard 33 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

X: Lamanasadli01