Yanvar-fevral aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb (ÖZƏL)

Yanvar-fevral aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 112 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 26 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 60 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 13 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyədə 93 min 902 mənzil satın alınıb ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 17,3 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyədə 174 min 210 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 846 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz azdır.

Eyni ilin yanvar-fevral aylarında əcnəbi vətəndaşlar Türkiyədən 3 min 907 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.

X: Lamanasadli01